ayaqlarını yerə vurmaq (etiraz bildirəndə)

to stamp one’s foot at someone топать ногами (стучать ногами об пол при выражении гнева, раздражения)
ayaqlarını uzatmaq
ayaqlarının altını sabunlamaq
OBASTAN VİKİ
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Etiraz məktubu
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Etiraz (dəqiqləşdirmə)
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərmək, etiraz etməkdir. Etiraz həmçinin bu mənaları da ifadə edə bilər: Etiraz məktubu — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.
Nümayiş (etiraz)
Siyasi nümayiş, nümayiş və ya etiraz hər hansısa bir kütləvi qrup tərəfindən siyasi və ya başqa məqsədlərlə həyata keçirilən aksiyadır. O, adətən kütləvi yürüşdən və çıxış edənləri yəni spikerləri dinləmək üçün müəyyən bir son nöqtədə başlayan yığıncaq və ya mitinqdən ibarətdir.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Yerə Oxşarlıq İndeksi
Yerə Oxşarlıq İndeksi (abbr. YOİ; ing. Earth Similarity Index abbr. ESI) — bir planetin və ya peykin Yerə fiziki oxşarlığı göstərən vahid. Bu sıfırdan birə qədər şkaladır, və bu şkalada Yerin dəyəri sıfırdır. YOİ planetlərin və ya peyklərin radiusunun, sıxlığının, porabula sürətinin və yerüstü temperaturunun funksiyasıdır. E S I = ∏ i = 1 n ( 1 − | x i − x i 0 x i + x i 0 | ) w i n {\displaystyle ESI=\prod _{i=1}^{n}\left(1-\left|{\frac {x_{i}-x_{i_{0}}}{x_{i}+x_{i_{0}}}}\right|\right)^{\frac {w_{i}}{n}}} x i {\displaystyle x_{i}} - planetin xassələri (məsələn, yerüstü temperaturu); x i 0 {\displaystyle x_{i_{0}}} - xassə üçün uyğun yerüstü əsas dəyəri (məsələn, 288 K); w i {\displaystyle w_{i}} - xassə üçün çəki göstərici; n {\displaystyle n} - planetar xassələrin tam sayı.
Yerə birləşdirmə, torpaqlama
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Söyüdlüdə etiraz aksiyaları
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Nahaq yerə, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir. Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır.
Simnarın Xavərnaq qəsrindən yerə atılması
Simnarın Xavərnaq qəsrindən yerə atılması - Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvi edilmiş səhnə əsasında Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Nizaminin “Yeddi gözəl” poemasında Bəhramı tərbiyə edən Yəmən hökmdarı Neman Bəhrama bürcləri aya yüksələn, əfsanəvi gözəlliyə malik bir qəsr tikdirir. Qəsrin divarına gün düşəndə göz qamaşdırır. Qəsr gecə-gündüz üç rəngə düşürdü – göy, ağ və sarı. Xavərnaq qəsrinin memarı Simnar zəhməti müqabilində çoxlu mükafat alır. Bu mükafatdan sevinən memar ehtiyatsızlıq edərək deyir: Simnarın bu sözündən sonra şah ehtiyat edir ki, o, pul gücünə başqa padşaha Xavərnaq qəsrindən daha gözəl qəsr tikə bilər. Odur ki, memarı ucaltdığı qəsrin bürcündən yerə atmağı əmr edir. Beləliklə, Simnar zəhmətinə qarşı mükafat əvəzinə həyatını qurban verir. Simnarın yerə atılması süjeti dağ və ağaclıq fonunda təsvir olunmuşdur. Miniatürdə Simnarın faciəsi ilə əlaqədar həyəcan və təşviş sezilir.
İranda azərbaycanlıların etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.
İranda tələbələrin etiraz aksiyaları (2018)
İranda tələbələrin etiraz aksiyaları — 2018-ci ilin dekabr ayının əvvəllərində o zamankı İranda müəllim və digər sahələrdə çalışan şəxslərin davam edən tətillərini dəstəkləmək üçün başladılmış tələbə etiraz aksiyaları. 2018-ci ilin 4 dekabrında Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələri toplanaraq tətil edən işçiləri və müəllimləri dəstəklədiklərini bildirdilər. Aksiyanı dağıtmağa çalışanlara qarşı isə bəstə oturdular. Səsləndirdikləri əsas şüarlar isə bunlar idi: "Toplar, tanklar və silahlar artıq təsirsizdir", "İşçilər və tələbələr birləşir", "Həbs edilmiş müəllimlər, işçilər və tələbələr azad edilməlidir", "Yalançı hakimiyyətə ölüm". Eyni vatda Tehranda yerləşən başqa bir universitet olan Əllamə Təbatəbai Universitetinin tələbələri universitet şəhərçiyində İran xüsusi xidmət orqanları işçilərinin olmasına görə etiraz aksiyasına başladılar. Eyni gündə Babol Nuşirvani Texnologiya Universitetinin tələbələri də etiraz aksiyalarına başladılar. Onların əsas şüarları bunlar idi: "Universitet diridir", "Universitet tələbələrinə qarşı təzyiqlərə son", "Tələbələr öləcək, lakin zülmə boyun əyməyəcək". Səhənd Texnologiya Universiteti və Kirmanşah Razi Universiteti tələbələri də eyni gündə etiraz aksiyalarına başladılar. Səhənd Texnologiya Universiteti tələbələrinin bir qismi aclıq aksiyası başlatdı. Kirmanşah Razi Universiteti tələbələri isə Xuzistandakı işçilərlə həmrəylik göstərmək üçün əsas şüar olaraq "Çörək, azadlıq, işçi şurası" şüarini seçmişdilər.
Şuşa–Xankəndi yolunda etiraz aksiyası
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Boş yerə təbil vurma (film, 2011)
Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. == Məzmun == Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967–1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da "Qanlı bazar günü" kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları "mütəşəkkil faşist zorakılığının nümunəsi" kimi təsvir etmişdir.
Ərəb ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Orta Şərq ölkələrində etiraz dalğası (2010-2011)

26 Bakı komissarının güllələndiyi yerə yürüş (film, 1933)
Asiya və Afrika ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
İranda azərbaycanlıların təhqir olunmasına qarşı etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)